Azərbaycan 44 günlük müharibədə dünya hərb taixində yeni bir səhifə yazdı, müzəffər ordumuz erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlamaqla xalqımıza böyük qələbə sevinci yaşatdı. Əlbəttə ki, bu böyük qələbəyə qəhrəman oğularımızın canı və qanı bahasına nail olundu.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, ordumuz bu döyüşlər zamanı düşmənə sarsıdıcı zərbələr vurmaqla Azərbaycan xalqının, qəhrəmanlıq, vətənpərvərlik əzmini bir daha dünyaya göstərdilər:
“Müdafiə Nazirliyinin Vətən müharibəsində həlak olan və yaralanan hərbi qulluqçular barədə yaydığı məlumatda da qeyd olunduğu kimi otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub, 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Alladan bütün şəhidlərimizə rəhmət diləyirəm, itkin düşmüş hərbçilərimizin tezliklə tapılmasını və yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzu edirəm.
Bəllidir ki, düşmən 30 il idi ki, işğal edilmiş torpaqlarımızda möhkəm istehkamlar, müdafiə xətləri qururduılar, çünki düşmən yaxşı bilirdi ki, Azərbaycan heç zaman öz torpaqlarının işğalda qalması ilə razılaşmayacaq və bir gün bu torpaqların sahibləri geri dönəcək. Ona görə də onlar əllərindən gələni qədər müdafiə olunmağa çalışmışdılar, özlərinin “keçilməz” adlandırdığı istehkamlar qurmuşdular. Hətta dünya hərbi ekspertləri də həmin istehkamların keçilməzliyi barədə fikirlər səsləndirir və Azərbaycan ordusunun böyük itkilər verəcəyini düşünürdülər. Lakin şanli ordumuz düçmənin bütün planlarını alt-üst edərək qısa müddət ərzində az itkilər verərək düşmənin bütün “keçilməz” istehkamlarını darmadağın etdi. Hərb qanunlarına əsasən həmişə hücum edən tərəf daha çox itki verir, lakin müzəffər ordumuz bunun əksini göstərərək düşmənin özünü böyük itkilərə məruz qoymaqla torpaqlarımızı işğaldan azad etdi və düşməni kapitulyasiyaya vadar etdi. Əlbəttə ki, bu uğura dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri sayəsində nail olundu”.
Deputat bildirib ki, Azərbaycanda şəhidlərimizin xatirəsi daim uca tutulur, böyük ehtiramla yad edilir, şəhid ailələrinə böyük diqqət və qayğı, hörmət göstərilir: “Məlum olduğu kimi Azərbaycan Prezidentinin “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edildi və bütün Respublikada şəhidlərin xatirəsi böyük ehtiramla anıldı. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq, daim onların xatirəsi uca və əziz tutulacaq”.
A.Həsənova həmiçin işğaldan azad edilmiş ərazilərdə erməni vandallığını göstrən açıq muzeylərin yaradılmasını təklif edir: “Hesab edirəm ki, torpaqlarımızın işğal altında qaldığı müddətdə orada dağıdılmış yerlərdə, yəni təyinatından asılı olmayaraq dağıdılmış tikililərdən açıq havada muzeyler yaradılsın və bu muzeylər yeni tikiləcək müasir binaların yanında yaddaş, xatərlatma olaraq qalsın, həm gələcək nəsillər, həm də dünya ermənilərin xalqımıza qarşı hansı cinayətlər, barbarlıqlar törətdiyini görsünlər. Bu cür muzeylərə misal olaraq Vyetnamın Xoşimin şəhərində olan “Müharibə qurbanları Muzeyi”ni, 1941-ci ildə Moskvanın faşistlərdən qorunmasına həsr edilmiş açıq havada “Qələbə meydanı” muzeyini göstərmək olar”.