• 18 Yanvar 2021
logo
Anar Kərimov Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb

Anar Kərimov Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Anar Kərimov xalqımızın Vətən müharibəsindəki zəfəri barədə söhbət açıb, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın talan olunduğunu, o cümlədən mədəniyyət müəssisələrinin, tarixi abidələrin məhv edildiyini diqqətə çatdırıb.

Qəbula görə minnətdarlığını bildirən səfir ölkələrimiz arasındakı münasibətlərinin mədəniyyət sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa zəmin yaratdığını bildirib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.