• 25 Yanvar 2021
logo
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək

Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək

Rusiya ümid edir ki, UNESCO ekspertləri xristian və müsəlman məbədlərinin mühafizəsinin qiymətləndirilməsi üçün yaxın zamanlarda Dağlıq Qarabağa gələcək.

Trend-in məlumatlarına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümanyəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib: "Biz ümid edirik ki, UNESCO-nun tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə erməni və Azərbaycan tərəfləri ilə əməkdaşlıqda yaradılan abidələrin mühafizəsi və qorunması missiyası yaxın zamanlarda bölgəyə gələcək və vəziyyətə obyektiv qiymət verəcək".