• 20 Aprel 2024
logo
Komissiya: İtkin düşmüş hərbçilərimizin taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir

Komissiya: İtkin düşmüş hərbçilərimizin taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, vətəndaşların müraciət etmələri üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının “www.human.gov.az” rəsmi internet səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir.