• 18 Yanvar 2021
logo
Şimal-qərb bölgəsində məskunlaşan laçınlılar avtoyürüş keçiriblər

Şimal-qərb bölgəsində məskunlaşan laçınlılar avtoyürüş keçiriblər

Bu gün respublikanın şimal-qərb bölgəsində məskunlaşan bir qrup laçınlı bir araya gələrək Laçın rayonunun işğaldan azad edilməsini bayram etmək üçün Qax rayonunda avtoyürüş keçirib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Azərbaycan və Türkiyə bayraqlarını başları üzərinə qaldıran yürüşçülər vətənpərvər ruhda şüarlar səsləndiriblər. Öncə Heydər Əliyevin abidəsini ziyarət edən yürüş iştirakçıları daha sonra birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın məzarları üzərinə gül qoyublar.

Bütün laçınlılar Ali Baş komandana, ordumuza minnətdarlığını bildirib. İştirakçılar şəhidlərimizə rəhmət diləyərək, ailələrinə başsağlığı verib, qazilərimizə isə şəfa arzulayıblar.