• 16 Yanvar 2021
logo
Prezident: “Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur, biz isə layiqli cavab veririk”

Prezident: “Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur, biz isə layiqli cavab veririk”

“Bildirməliyəm ki, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da imzalamışam. Bizim Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu uyğunsuzluq buna görədir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciətində deyib.

Dövlət başçısı əlavə edib ki, Bəyanat icra edilir. “Mən imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının diqqətinə çatdırdım və bir daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu Bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək istərdim. Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir”.