• 25 Aprel 2024
logo
Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Mərkəzin işi ilə bağlı ruslarla əməkdaşlığımız davam edir”

Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Mərkəzin işi ilə bağlı ruslarla əməkdaşlığımız davam edir”

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir”.

Bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.