• 19 Mart 2024
logo
Meksika səfiri Anar Kərimov ilə görüşüb

Meksika səfiri Anar Kərimov ilə görüşüb

Noyabrın 26-da Meksika səfiri Rodriqo Labardini Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazir vəsifəsini icra edən Anar Kərimov ilə görüşdü.

Səfiri salamyaraq, nazir müavini Anar Kərimov Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafını qeyd etdi. Hər iki ölkə arasında mədəni əməkdaşlığa təkan vermək zəruriyyətini vurğuladı və, sözügedən əməkdaşlığa dəstək verməyə davam etmək üçün Nazirliyin hazır olduğunu qeyd etdi. İşğaldan azad edilmiş Qarabağın tarixi-mədəni irsindən danışdı. Anar Kərimov bu zonada mədəni irsin bərpası üçün xarici tərəfdaşlarla əməkdaşlığa dair marağı vurğuladı.

Öz növbəsində, səfir Labardini Beynəlxalq Muğam Mərkəzindəki konsertlər daxil olmaqla, Səfirliyin bir sıra mədəni tədbirlərinin reallaşmasında Nazirliyin dəstəyi üçün təşəkkürünü ifadə etdi. Eyni zamanda, UNESCO yanında Azərbaycanın Meksikaya verdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirdi.

Diplomat ikitərəfli iqtisadi və ticari əlaqələrin panoramasını təqdim etdi. İkitərəfli münasibətlər üçün yeni perspektivləri açan təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində Əməkdaşlıq Sazişinin qüvvəyə minməsinə toxundu. Milli İncəsənət İnstitutu, Milli Arxeologiya və Tarix İnstitutu, Milli Atropologiya və Tarix Məktəbi və Milli Qorunma, Bərpa və Muzeyşünaslıq Məktəbi kimi Meksika qurumlarının təklif etdiyi mədəni irsin bərpası və qorunması, mədəni sahədə əməkdaşlığın imkanlarına istinad etdi.

Səfirliyin mədəni fəaliyyətinin dinamikasına toxunan səfir kino, milli mətbəx, ədəbiyyat, konfranslar və musiqi mövzularının daxil olunduğu, eyni zamanda, virtual formatda həyata keçirilmiş Səfiriliyin müxtəlif mədəni tədbirləri haqqında söz açdı.
Qəbul olunacaq karantin tədbirlərindən asılı olaraq, Səfirlik 2021-ci il üçün virtual və ya əyani formatda keçirilə biləcək müxtəlif tədbirləri nəzərdə tutur.

Görüşə yekun vuraraq, tərəflər mədəni irsin bərpası və mədəni sahədə əməkdaşlığın inkişafını davam etdirməyə dair istək və iradələrini ifadə etdilər.