• 18 Yanvar 2021
logo
OPEC+ sazişinə görə 3 yataq 2 illik konservasiyaya qoyulub

OPEC+ sazişinə görə 3 yataq 2 illik konservasiyaya qoyulub

OPEC+ sazişinə əsasən, Muradxanlı, Cəfərlı və Zərdab yataqları 2 illik konservasiyaya qoyulub.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov xatırladıb ki, 16 Mart 2016-cı ildə SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb:

“Lakin öhdəliyi yerinə yetirmədiyinə görə “Zenith Aran Oil Company Limited” şirkəti ilə 2020-ci ilin iyun ayında müqaviləyə xitam verildi və işlətdiyi yataqlar SOCAR-ın tabeliyinə verildi. Bu yataqlar SOCAR-ın “Azneft” İB-nin balansında, Ə.Əmirov adına NQÇİ-nin Muradxanlı Neft və Qazçıxarma Sahəsinin istismarındadır. Yataqların ümumi sahəsi 149,25 hektardır. Azneft İB-nin balansına verilən tarixdən isə Opec+ (hasilatın azaldılmasına) sazişinə əsasən, Muradxanlı, Cəfərli və Zərdab yataqları bütün quyuları ilə birlikdə 2 illik konservasiyaya qoyulub. "Aran Oil" Əməliyyat Şirkətindən alınandan sonra bu yataqlarda istismar işləri aparılmayıb. Quyular işləmədiyindən hər hansı geoloji və ya texniki tədbirlər aparılmayıb. 2021-ci ildən etibarən bu yataqlarda geoloji-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.”