• 19 Mart 2024
logo
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digər Qərb ölkələrində olduğundan daha yüksəkdir.

Bunu ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tüveycri öz “Twitter” səhifəsində yazıb.

O, müxtəlif tədbirlərdə iştirak etmək üçün dəfələrlə Azərbaycanda olduğunu və müxtəlif dini konfessiyaların nümayəndələri ilə dəfələrlə görüşdüyünü yazıb:

“Ermənilər Qarabağda məscidləri vəhşicəsinə dağıdarkən və tövləyə çevirərkən Fransa və digər ölkələr susurdu. Bu gün isə Azərbaycanın mədəni dəyərlərinin dağıdılmasına susan ölkələr ondan xristian tarixi dəyərlərinə hörmət etməyi tələb edir”.