• 27 Aprel 2024
logo
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib

20 oktyabr-20 noyabr Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə elan edilən uşaq hüquqları aylığı çərçivəsində Ombudsmanın Cəlilabad Regional Mərkəzi Lənkəran şəhər, O.Mirzəyev adına qarışıq tipli uşaq evində “Uşaq hüquqları insan hüquqlarının mühüm tərkib hissəsi kimi” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirib.

Ombudsman Aparatından verilən məlumata görə, keçirilən tədbirdə Regional Mərkəzin rəhbəri Z.İsmayılov iştirakçıları 20 noyabr-Beynəlxalq Uşaq Hüquqları Günü münasibətilə təbrik edərək, bütün əhali qrupu kimi uşaqların da daim Müvəkkilin diqqət mərkəzində olduğunu bildirib və “Uşaq hüquqları” aylığının keçirilməsinin məqsəd və əhəmiyyətini açıqlamışdır.

Tədbirdə beynəlxalq hüquqi sənədlər, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, Konstitusiya və onun sosial-hüquqi mahiyyəti, funksiyaları sə s. haqqında geniş məlumat verilib.

İştirakçılar eyni zamanda Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, Ombudsmanın müvafiq sahədəki geniş fəaliyyəti, uşaq hüquqlarının müdafiəsinin daha səmərəli şəkildə artırılması məqsədilə Müvəkkil tərəfindən verilən təkliflər, Uşaq hüquqlarının Pilləli Tədrisi Layihəsi və əhəmiyyəti, uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri barəsində söhbət aparıb.

Müvəkkilin 24 saat fəaliyyət göstərən çağrı mərkəzi və digər mühüm müddəalar barədə geniş məlumat verilib. Qeyd edilməlidir ki, həmin çağrı mərkəzinə uşaqlar da müraciət edə bilər.

Sonda iştirakçılar mövzu barəsində maraqlı fikir mübadiləsi aparıblar.