• 19 Mart 2024
logo
MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq

MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq

MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar bu gün MDB-də iqtisadiyyat sahəsində mübahisələri həll edən Ali arbitraj, təsərrüfat, iqtisad məhkəmə sədrləri Şurasının iclasında verilib.

İclasda MDB icraiyyə komitəsinin sədri, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Rusiya ali məhkəmələrinin nümayəndə heyətləri iştirak ediblər.

MDB Ali Məhkəmələr Şurasının səlahiyyətinə Birlik ölkələri məhkəmə orqanları arasında əməkdaşlığın formasını müəyyənləşdirmək, insanların hüquqlarının və vətəndaşların maraqlarının müdafiəsi daxildir.

Şura beynəlxalq müqavilələrin həyata keçirilməsinə də yardım edəcək.