• 25 Aprel 2024
logo
Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım

Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım

Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə "Twitter" səhifəsində paylaşım edib. Trend-in məlumatına görə, paylaşımda deyilir: "Qəhrəman Azərbaycan ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə edilən razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".