• 27 Yanvar 2021
logo
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu

Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu

Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatla atəşkəsin bərpa olunduğunu xatırladan nazir bu sənədi dəstəklədiklərini deyib:

“Birincisi, Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu razılaşma ilə bir daha təsdiqləndi. İkincisi, Azərbaycan təxminən 30 ildir ki, işğal altında olan torpaqları azad etməyə çalışırdı. Torpaqların bir hissəsi əks-həmlə ilə azad edilib, qalanları isə danışıqlar nəticəsində qayıdır. Üçüncüsü, işğal altında qalmış torpaqlardan qaçqın düşmüş azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq. Dördüncüsü də Naxçıvanla Azərbaycan arasında əlaqə yaradılacaq. Biz də Azərbaycanın tələbi ilə bu atəşkəsin icrasına nəzarət üçün meydanda olacağıq”.