• 29 Mart 2024
logo
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb

Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb

Ermənistanın sabiq müdafiə nazirinin müavini Astvatsatur Petrosyan ölüb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, 67 yaşlı generalın ölümünü oğlu Sipan Petrosyan elan edib.

Qeyd edək ki, A.Petrosyan 1992-ci ildə Ermənistan müdafiə nazirinin köməkçisi təyin olunub. O, birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra, 1993-cü ildən 2000-ci ilədək müdafiə nazirinin müavini olub

Sonralar isə fövqəladə hallar nazirinin müavini təyin olunub.