• 26 Aprel 2024
logo
Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker

Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker

Koronavirusla mübarizədə hamımız öz dəstəyimizi göstərməliyik. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, son dövrlər koronavirusla bağlı vəziyyət gərginləşib.

Sədr koronavirusa yoluxan deputatlar haqqında da danışıb: “Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var. Xahiş edirəm ki, özünüzü qoruyun. Qarşıda bizi çox əhəmiyyətli günlər gözləyir. Tələb edirəm ki, qaydalara riayət edəsiniz. Bu mübarizədə də fəal iştirak etməliyik”.