• 28 Mart 2024
logo
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək

BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağdakı missiyasının tərkibini genişləndirəcək.

Bunu komitənin prezidenti Peter Maurer deyib.

O bildirib ki, münaqişə tərəfləri hələlik öz nəzarətində olan ərazilərdə meyitləri axtarır, amma döyüşlər getmiş ərazidə minalar yerləşdirildiyinə görə axtarışlar aparmaq çətinlik yaradır.

P.Maurer əlavə edib ki, mümkün ekoloji fəsadların qarşısının alınması üçün BQXK missiyasının büdcəsi və tərkibi dörd dəfəyə yaxın artırılacaq. Əgər müharibədən əvvəl missiyanın büdcəsi 11 milyon dollara yaxın idisə, gələn il üçün 50 milyon dollaradək artırılması planlaşdırılır. Bundan başqa, regiona 400-500 nəfər əlavə qüvvənin göndərilıməsi nəzərdə tutulur.