• 24 Aprel 2024
logo
Almaniya ABŞ-ı Aİ-nin suverenliyinə hörmət etməyə çağırıb

Almaniya ABŞ-ı Aİ-nin suverenliyinə hörmət etməyə çağırıb

Alman İqtisadiyyatının Şərq Komitəsinin rəhbəri Oliver Hermes ABŞ-ı Avropa İttifaqının (Aİ) suverenliyinə hörmət etməyə çağırıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadın verdiyi məlumata görə, siyasətçi ABŞ-ın "Şimal axını-2" qaz kəmərinin tikintisi layihəsi ilə bağlı Avropa ölkələrinə qarşı sanksiya təhdidini qiymətləndirib. O, ABŞ hakimiyyətini Avropa suverenliyinə hörmət göstərməyə və Almaniya və Avropa hökumətləri ilə geniş əməkdaşlığa qayıtmağa çağırıb.

"Müttəfiqlər arasında belə bir yanaşma tamamilə istisna edilir" , - O. Hermes qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Avropa qaz layihəsi iştirakçılarına tətbiq edə biləcəyi sanksiyalar beynəlxalq hüquqa qəbuledilməz müdaxilədir.

Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.