• 24 Noyabr 2020
logo
Ermənistan MN-in sözçüsü Şuşan Stepanyan işdən çıxıb

Ermənistan MN-in sözçüsü Şuşan Stepanyan işdən çıxıb

Ermənistan Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Şuşan Stepanyan işdən çıxması ilə bağlı ərizə yazıb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ş. Stepanyan özünün “Facebook” hesabında bildirib.

Qeyd edək ki, bu ilin mart ayında Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın əmri ilə Ş. Stepanyan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olunub. Ş. Stepanyan Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsində anadan olub.