• 20 Yanvar 2025
logo
Azərbaycan və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub

Azərbaycan və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub

Bakıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla rusiyalı həmkarı Nikolay Patruşev arasında görüş keçirilib.
Trend-in məlumatına görə, iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub.
N.Patruşev iqtisadi və humanitar əməkdaşlığın müsbət templərini qeyd edib və Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrinin reallaşdırılmasının və hərbi-texniki əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.