• 23 Aprel 2024
logo
Fransanın muzdlu legionu ən ağır müharibə cinayətlərində istifadə olunur

Fransanın muzdlu legionu ən ağır müharibə cinayətlərində istifadə olunur

1831-ci ildən bu günə kimi muzdlulardan ibarət ordu saxlayan Fransanın Azərbaycanı heç bir tutarlı əsas olmadan işğalçı Ermənistana qarşı həyata keçiridiyi əks-hücum və sülhə məcburetmə əməliyyatlarında müzdlulardan istifadə etməkdə ittiham etməsi simasızlığın ən son və bəlkə də misli görünməmiş həddidir.

Bunu siyasi şərhçi Elçin Mirzəbəyli öz Facebook səhifəsində yazıb.

Mirzəbəyli qeyd edib ki,

hazırda Fransanın müzdlulardan ibarət “Fransız Xarici Legionu”nda 140 ölkənin təmsilçisi var: "Xarici legion Fransa ordusunun yeganə hərbi birləşməsidir ki, muzdlular xidmətə qəbul edilərkən Fransaya deyil, legiona sədaqət andı içirlər. Bu da onların Fransa vətəndaşı olmaması ilə izah edilsə də, əslində başqa səbəbləri var. Çünki Fransaya and içən hərbçilər ölkənin konstitusiyasının prinsiplərini qorumağa borcludurlar. Amma “legiona and içənlər”in belə bir öhdəliyi yoxdur və bu səbəbdən də Fransanın muzdlu legionu ən ağır müharibə cinayətlərində istifadə olunurlar.

Yarandığı gündən Fransız Xarici Legionunda yüz minlərlə muzdlu xidmət keçib. Və bu günə qədər Fransanın müstəmləkələrində həyata keçirilən qanlı əməliyyatlarda 40 mindən artıq itki verib. Fransa muzdlularının qanlı və amansız cinayətləri Əlcəzair, Mərakeş, Tunis, Madaqaskar, Qərbi Afrika, Mərkəzi Afrika, Ruanda, Zair, Qabon, Somali, Konqo, Kamboca kimi ölkələrdə indiyədək unudulmayıb.

Elə indinin özündə də Fransa özü üçün həsas olan regionlarda – Yuxarı Korsika, Fransız Qvianası və Mayottada muzdlulardan ibarət xüsusi hərbi birləşmələr saxlayır. Bax budur Fransanın gerçək siması... 2018-ci ilin statistikasına görə, 11 alay və bir böımədə 9 min nəfərə yaxın muzdlu saxlayan Fransanın başqalarına qarşı “muzdlu” ittihamı ilə çıxış etməsini, qənaətimə görə, ən yaxşı halda “riyakarlığın təntənəsi” kimi dəyərləndirmık olar"