• 18 Fevral 2025
logo
Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur - Rusiya Müdafiə Nazirliyi

Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur - Rusiya Müdafiə Nazirliyi

Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

O əlavə edib ki, sülhməramlı əməliyyatların keçiriləcəyi ərazilərdə müşahidə postlarının qurulması başa çatıb. Postlarda vəziyyətin 24 saatlıq monitorinqi aparılır.

Noyabrın 10-dan sülhməramlı qüvvələrin və texnikanın gətirilməsi üçün 140-dan çox reys həyata keçirilib.