• 19 Fevral 2025
logo
Erməniliyin klassik obrazı

Erməniliyin klassik obrazı

Kəlbəcər rayonunun sahibinin – Azərbaycanın nəzarətinə verilməsinə saatlar qalıb.

Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir, dövlətimizin sözügedən inzibati ərazi subyektləri üzərində suveren hüquqları bərpa edilməlidir.

Kəlbəcərin azad olunması, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi deməkdir. Sənəddə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, məlum olduğu kimi indiyədək bu öhdəliklər yerinə yetirilməmişdi.

Kəlbəcəri tərk edən ermənilər rayonun ərazisində işğaldan sonra, qanunsuz olaraq məskunlaşdırılıblar. Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən işğalçı Ermənistan ermənilərin fəal şəkildə Kəlbəcər ərazisinə köçürülməsinə başlayıb.

Yəni hazırda ermənilər işğaldan sonra məskunlaşdırıldıqları, qeyri-qanuni yaşadıqları əraziləri tərk edirlər. Həm də necə? Təhlükəsiz şəraitdə, atəşə məruz qalmadan... Rahat şəkildə əşyalarını toplayaraq, onlara heç vaxt aidiyyatı olmayan Azərbaycan torpaqlarından çıxıb gedirlər. Təbii ki, özlərinə aid olan və həyatlarının ən anlamlı, ən dəyərli əşyalarını – unitazları da qucaqlarına alıb gəldikləri yerə qayıdırlar.
Əslində unitazı bağrına basan, başını içərisinə salıb “ətrini” nəfəsinə çəkən erməni, gözü daim özgələrinin torpaqında, mal-mülkündə olan erməniliyin simvolizə olunmuş klassik obrazıdır. Onun Azərbaycan torpağında olan ən gözəl xatirələri bu unitazla bağlıdır. Bu səbəbdən də doğması, əzizi kimi sarılaraq özü ilə aparır. Kəlbəcərin saf, təmiz havasını udmağa layiq olmadığından unitazın “ətrini” çəkir içinə - içi də unitaz kimi olduğu üçün...

Cəhənnəm olub gedirlər. Amma son məqamda da vandallıqlarından, ənənəvi ziyanvericiliklərindən qalmırlar. Yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, yerin-yurdun əsl sahiblərinə nə qədər xain, rəzil bir toplumun təmsilçiləri olduqlarını yenidən xatırlatmaq üçün arxalarınca daha dərin, daha ağrılı izlər buraxaraq rədd olurlar yurd yerlərimizdən. 27 il öncə buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan bu oğru, quldur, terrorçu tayfasının təmsilçiləri indi həmin evlərə od vuraraq gedirlər. İmkanları olsa nəinki evləri, ağacları, bu yerlərin torpağını, daşını, havasını belə yandırarlar.

Göründüyü kimi Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, öncədən razılaşdırılmış müddət ayırıb, lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməyib.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər Azərbaycan və Ermənistan arasındakı fərqi bir daha anlamaq üçün mühüm əhəmiyyət kəsb edir. Amma bu fərqi həm başqalarına anlatmaq lazımdır. Usanmadan, yorulmadan...

Elçin Mirzəbəyli