• 24 Noyabr 2020
logo
“Azərbaycan böyük bir tarixi qələbəyə imza atdı”

“Azərbaycan böyük bir tarixi qələbəyə imza atdı”

Qüdrət Həsənquliyev: “Bu müharibənin nəticəsi olaraq ermənilər məğlub olduqlarını etiraf etdilər”

“1918-ci ildən sonra Azərbaycan xalqı ikinci tarixi qələbəyə imza atır. Birinci qələbədə biz türk qardaşlarımızın köməyi, Allah ruhunu şad eləsin, Nuru paşanın dəstəyi ilə Bakını işğaldan azad elədik. Yenə türk qardaşlarmızın mənəvi və siyasi dəstəyi ilə Qrabağı azad elədik”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partriyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında səsləndirib.
Millət vəkili “bu qələbənin əldə olubnmasında önəmnli rolu sözsüz ki Azərbaycan ordusu oynadı”, - deyə əlavə edib: “Azərbaycan ordusu dünyaya göstərdi ki, biz, bəzilərinin düşündüyü kimi geridə qalmış müsəlman ölkəsi deyilik. Azərbaycan müasir bir ordu qurub. Bu xalqın potensialı bundan ibarətdir. Müasir texnologiyalara əsaslanan, müasir silahlartdan bacarıqla istifadə etməyi bacaran bir millətik. İkincisi göstərdi ki, bu millət çətin vəziyyətdə bir yumruq kimi birləşə bilir. Yəni bu da bizim xalqın mütəşəkkilliyini nümayiş etdirdi. Üçüncüsü Azərbaycan Ermənistandan fərlqi olaraq monoetnik respublika deyil. Biz çoxmillətli respublikayıq. Burada çoxsaylı xalqların nümayəndələri, etnik qruplar yaşayır. Onlar öz torpaqları üçün vuruşdular, həyatlarını qurban verdilər. Yəni biz həqiqətən multikultural cəmiyyətik. Ermənilər də istəsələr Azərbaycanda digər xalqlar kmi bir icma olaraq yaşaya bilərlər. Ordumuz həm də onu göstərdi ki, Azərbaycan dövləti beynəlxalq qanunlara hörmət edən bir xalqdır. Ordumuz tərəfindən bir dənə də olsun müharibə cinayəti törədilmədi. Biz bəzən artıq itki verdik, amma şəhərləri bombalamadıq, artilleeriya atəşinə tutmadıq. Çalışdıq ki, dinc insanlara zərər verməyək. Xalqımız bununla da beynəlxalq birliyin hörmətini qazanmış oldu. Mən bu parlamentin tribunasından həm də qonşu ölkələrə pöz minnətdarlığımı bildirmək istəyirəm. Döyüşlərin getdiyi qızğın vaxtlarda onlar bəyan elədilər ki, müharibə Azərbaycanın ərazisində gedir. Onlar Azərbaycanın ərazi bütövlüyünün vacibliyini söylədilər. Əlbəttə, bəzi insanların gözləntiləri daha çox idi. Amma hesab edirəm ki, bunlar da yetərlidir. Buna görə biz onlara minnətdar olmalıyıq və minnətdarlığımızı bu tribunadan ifadə eləməliyik. Azərbaycan xalqı, Ali Baş Komandanın liderliyi, uzaqgörənliyi, strateji düşüncəsi ilə bu müharibəyə uzun müddət idi ki, hazırlaşırdı. Bu müharibənin nəticəsi olaraq ermənilər məğlub olduqlarını etiraf etdilər. Azərbaycan böyük bir tarixi qələbəyə imza atdı. Xalqımızı bir daha bu qələbə münasibəti ilə təbrik edirəm”.

Əli Zülfüqaroğlu