• 27 Aprel 2024
logo
Rusiya sülhməramlılarına general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək

Rusiya sülhməramlılarına general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək

Rusiyanın Qarabağa gətirdiyi sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək. Rüstəm Muradov 1973-cü ildə Dərbəndin Çinar kəndində anadan olub. Onun əsli Tabasaran rayonunun Xanak kəndindəndir. Bəzi mənbələr Muradovun milliyətcə azərbaycanlı, bəziləri isə tabasaranlı olduğunu bildirir. Muradov 1990-cı ildən hərbi xidmətdədir. Şərq Hərbi Dairəsində xidmətlərinə görə o, 2012-ci ildə general-mayor rütbəsi alıb. O, 2015-2017-ci illərdə 41-ci ordunun Baş Qərargah rəisi təyin edilib. 2016-cı ildə isə Donbasdakı Rusiya-Ukrayna Atəşkəs Məsələlərinə Nəzarət və Koordinasiya Mərkəzində Rusiyanın təmsilçisi olub. Buradan 2017-ci ildə Suriyaya göndərilən Muradov göstərdiyi xidmətə görə Rusiya Qəhrəmanı adına layiq görülüb. 2018-ci ildə isə o, Cənub Hərbi Dairəsinin rəhbərinin müavini təyin edilib. Məhz burada ona general-leytenant rütbəsi verilib.