• 13 Fevral 2025
logo
Tbilisi küçələrində Azərbaycan bayrağı nümayiş etdirilib

Tbilisi küçələrində Azərbaycan bayrağı nümayiş etdirilib

Noyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrindəki binalarda quraşdırılmış iri reklam lövhələrində Azərbaycan bayrağı nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə gerçəkləşdirilən maraqlı aksiya ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.
Aksiya şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi küçəsindəki binaları əhatə edib. Binaların üzərlərindəki iri monitorlarda və ya damlarda quraşdırılmış lövhələrdə Azərbaycan bayrağının əks olunduğu çarx gün ərzində nümayiş olunub.