• 9 Sentyabr 2024
logo
Ankara işğal olunmuş torpaqların qaytarılması prosesində Bakını dəstəkləyəcək - Hulusi Akar

Ankara işğal olunmuş torpaqların qaytarılması prosesində Bakını dəstəkləyəcək - Hulusi Akar

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan xalqını tarixi torpaqlarının işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.

Nazir bildirib ki, Azərbaycan xalqı ədalətli mübarizədə qalib gəlib:

"Qardaş Azərbaycan xalqını ədalətli mübarizədə rəşadətli Qələbə münasibətilə təbrik edirəm!"
H.Akar əlavə edib ki, Türkiyə bütün işğal olunmuş torpaqların qaytarılması prosesində Azərbaycanı dəstəkləməyə davam edəcək.