Bu gün Ermənistanda adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 15 dəfə, məhsuldarlıq isə 8 dəfə aşağıdır.
Bunu Ermənistanın İqtisadiyyat naziri Tiqran Xaçaturyan deyib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının mövcud durumu ürəkaçan deyil.
"Məhsuldarlıq çox aşağıdır. Demək olar ki, bütün sahələrdə oxşar vəziyyət hökm sürür".