“Baydenin seçilməsi Türkiyə Azərbaycan və Qarabağ probleminin bir sıra məsələlərinin həlli yeni inkişafların başlanğıcı ola bilər”.
Bu fikirləri Metbuat.az-a özəl açıqlamasındaTürkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General bildirdi ki, çox güman ki, Co Baydenin seçki prosesi ilə bağlı şikayətlər yekunlaşandan sonra O, 20 yanvarda and içəcək və ABŞ prezidentinin kürsüsünə oturacaq.
“Tramp Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü kimi qəbul edilib beynəlxalq hüquq çərçivəsində həll edilməli olduğunu bildirərək, tərəflərə münaqişənin qarşısının alınması və atəşkəsə dəvət yolunda dediyi sözlərdən o yana bir şey etməmişdi.
Elə bu məqsədlə də Tramp, seçkidən əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərini ölkəsinə dəvət etdi və atəşkəs razılaşmasına şərait yaratdı.
Trampın bu davranışları seçki prosesi zamanı Baydeni ciddi narahat etdi. O sosial şəbəkədə etdiyi yazılı açıqlamada
"Bir aydır davam edən qarşıdurmaların ardından ABŞ prezidenti Donald Trampın gərginliyi azaltmaq, Azərbaycan əskərlərinin Dağlıq Qarabağa doğru irəliləməməsi üçün, Azərbaycan Türkiyə və Ermənistan liderlərinin görüşünün vaxtı çatmışdır’’ – deyə şərh yazdı.
Qısa bir müddət sonra ictimai mediadakı hesablarda "Azərbaycan-Ermənistan gərginliyin dərhal azaldılmasına çağırmalı və Türkiyə kimi ölkələrin tələbləri də mübahisənin xaricində qalmalıdır" şərhini də əlavə etmişdir.
Baydenin əvvəlki dövrlərdəki fəaliyyətləri araşdırıldıqda bir senator olaraq O, ABŞ Konqresində qondarma Erməni Soyqırımını tanıma səylərinin mərkəzində idi və 2019-cu ildə bu istiqamətdə bir qanun layihəsinin təsdiqlənməsinə böyük töhfə verdi ”.
General bildirdi ki, Bayden bu il 24 aprel tarixində qondarma soyqırımın tam tanınmasına çağırdı və bununla bağlı Ermənistana tam dəstək vəd etdi.“Bayden Türkiyə ilə Ermənistan prezidenti arasındakı münasibətlərin normallaşdırılması, sərhədlərin açılması və ticarətin bərpasına dair səylər göstərdi, eyni zamanda ABŞ-ın Ermənistana göndərdiyi və Dağlıq Qarabağa verdiyi yardımlar humanitar yardımda liderlik etdi.
Elə onun bu səyləri nəticəsində Baydenin seçilməsi üçün də 2020 seçkilərində erməni lobbisi kampaniyalar təşkil etdi”.
Yücel Karauz bildirdi ki, Baydenin faktiki olaraq Azərbaycanla problemi yoxdur, lakin aşağıdakı məsələlərdən narahatdır.
1. Minsk qrupunda və regional məsələlərin həllində Rusiyanın güclü rolu və Rusiyaya olan müsbət əkslər
2. Türkiyənin müzakirə masasında güclü mövqeyi və problemin həllinə tam dəstək verməsi.
3. Azərbaycan bu problemi milli güc ünsürləri ilə həll etmək və böyük güclərdən asılılığın azalması nəticəsində regional gücə çevrilməsi
4. Türkiyə Azərbaycan birliyin əldə etdiyi maksimum səviyyə və bunun baş verəcəklərə mümkün təsirləri
5.Ən azından 10 il müddətində Ermənistan dövlətinin məhvi nəticəsində Rusiyadan hərbi və siyasi asılılığın artması.
6. Problemin buradakı həlli Çinlə rəqabətdə Çinə müsbət qatqı təmin edəcəkdir.
Hərbi ataşe bildirdi ki, bu mülahizələrlə Bayden vəzifəyə başladıqdan sonra aşağıdakı əməliyyat rejimlərini tətbiq edəcəyi qiymətləndirilir.
1. Dağlıq Qarabağdakı münaqişələri dayandırmaq və atəşkəsə nəzarət etmək üçün müşahidəçilər göndərmək,
2. ATƏT-in Minsk Qrupunun həmsədrliyinin prosesə aktiv müdaxiləsi səbəbindən və Rusiyanın bu müzakirələrdə təsirinin azalması.