• 8 Fevral 2025
logo
San Fransiskoda Bərdə terroruna etiraz olaraq yürüş keçirilib

San Fransiskoda Bərdə terroruna etiraz olaraq yürüş keçirilib

San Fransisko şəhərində Bərdəyə atılmış raketlər nəticəsində mülki vətəndaşların öldürülməsinə etiraz olaraq yürüş keçirilib.

APA-nın məlumatına görə, yürüşdə orada yaşayan hərmyerlilərimiz, həmçinin türk icmasının nümayəndələri iştirak ediblər.

Aksiyada "Pray for Barda" ("Bərdə üçün dua et!"), "Ermənistan geri çəkilməlidir", "Qarabağ Azərbaycandır" şüarları olan plakatlar qaldırılıb.

Aksiyada, eyni zamanda, Ermənistanın Bərdədə törətdiyi terroru əks etdirən şəkillər də yer alıb.