• 19 Mart 2024
logo
Politoloq: Beynəlxalq insan hüquqları təşkilatları Ermənistanın faşist mahiyyətini ifşa etdi

Politoloq: Beynəlxalq insan hüquqları təşkilatları Ermənistanın faşist mahiyyətini ifşa etdi

"Döyüş meydanında məğlub olaraq aciz - çıxılmaz vəziyyətə düşən işğalçı Ermənistan mülki əhalini hədəf seçməklə müharibə cinayətlərini davam etdirir. Bu, eyni zamanda, təcavüzkar dövlətin terrorçu simasını əks etdirir". Bu fikri politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərin görə, bu hal və hərəkətlər dünyanın gözü qarşısında yeni hərbi cinayət və genosid aktının törədildiyini, beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu göstərir: "İşğalçı Ermənistanın silahlı qüvvələri mülki əhaliyə qarşı kasetli “Smerç” raketlərindən istifadə etməklə beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il Cenevrə Konvensiyalarına və onların Əlavə protokollarına zidd davranışlara yol verir. Buna görə də təcavüzkar dövlət hüquq müstəvisində cəzalandırılmalı, ona qarşı beynəlxalq sanksiya tətbiq edilməlidir".