• 19 Mart 2024
logo
Yunanıstan və Fransa İzmirdəki zəlzələ ilə bağlı Türkiyəyə kömək təklif edib

Yunanıstan və Fransa İzmirdəki zəlzələ ilə bağlı Türkiyəyə kömək təklif edib

Yunanıstanın Xarici İşlər Naziri Nikos Dendias İzmirdə baş vermiş zəlzələ ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Yunanıstan XİN başçısı ehtiyac olacağı halda Türkiyəyə kömək edə biləcəklərini bildirib.

Fransanın Daxili İşlər naziri Gerald Darmanin də M. Çavuşoğluna zəng edərək ölkəsinin köməyini təklif edib.