• 6 İyul 2025
logo
MN: Bərdəni atəşə tutan "Smerç" məhv edilib

MN: Bərdəni atəşə tutan "Smerç" məhv edilib

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.