• 19 Mart 2024
logo
MDB dövlətlərinin əqli mülkiyyət sahəsi ilə bağlı Sazişi qeyd-şərtlə təsdiqlənib

MDB dövlətlərinin əqli mülkiyyət sahəsi ilə bağlı Sazişi qeyd-şərtlə təsdiqlənib

Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiq edib.

Qanuna əsasən, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiqlənib.