• 25 Aprel 2024
logo
Ermənistan sülh istəmir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib

Ermənistan sülh istəmir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib

Trend BİA beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda baş verən hadisələr haqqında fasiləsiz şəkildə məlumatlandırır.

Qətərin "Əl-Cəzirə" telekanalına çıxışı zamanı Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu Ermənistanın sülh istəmədiyini və sırf bunun üçün də Azərbaycan şəhərlərini raket atəşinə tutduğunu bildirib.

Trend-in məlumatına görə, R.Hafizoğlu qeyd edib ki, Ermənistan rəhbərliyi Azərbaycan şəhərlərini qadağan olunmuş silahlardan atəşə tutmaqla hərbi cinayətlərə imza atır.