• 29 Mart 2024
logo
Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu

Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu

Bərdə faciəsi bir soyqırımdır və bu, faşist, cəllad, alçaq, terrorçu, qatil ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır.

Bunu AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov deyib.

Onun sözlərinə görə, döyüş meydanlarında açıq məğlubiyyətə uğrayan ermənilər mülki insanlara qarşı qadağan olunmuş silahlardan istifadə edərək hərbi cinayətə əl atırlar. Lakin bu cinayətlər Azərbaycan xalqının əzmkar ruhunu sındıra bilməyəcək. Müzəffər ordumuz, qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ön və arxa cəbhələrdə həlak olmuş şəhidlərimizin və mülki insanlarımızın qanını yerdə qoymayacaq və üçrəngli bayrağımız tezliklə bütün işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalandırılacaq.

V.Ömərov əlavə edib ki, bəşəriyyət tarixində hər cür alçaqlığa, riyakarlığa, əxlaqsızlığa, ikiüzlülüyə malik bir xalq kimi tanınan ermənilər əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağa və ətraf rayonlarına öz ərazi iddialarını beynəlxalq ictimaiyyətə əslində Qafqazda heç vaxt mövcud olmayan “əzəli erməni torpaqları” kimi təqdim edirlər:

"Cox təəssüf ki, onların yalanlarını qəbul edənlərə, ermənilərə havadarlıq edən dövlət başçılarına, xarici ölkə deputatlarına, jurnalistlərə təsadüf etmək olur. Onlar öz vicdanlarını itirərək haqsızın, işğalçının, ədalətsizliyin yanında dururlar".