• 1 Dekabr 2020
logo
Türkiyə XİN: Beyrutda bayrağımızı yandıran ermənilərin cəzalandırılmasını gözləyirik

Türkiyə XİN: Beyrutda bayrağımızı yandıran ermənilərin cəzalandırılmasını gözləyirik

“Beyrutda bayrağımızın və Prezidentimizin şəkillərini yandıran ermənilərin cəzalandırılmasını gözləyirik”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Türkiyə XİN dövlət atributlarına olan bu həqarəti qətiyyətlə pisləyib və təxribata görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını istəyib.

Qeyd edək ki, oktyabrın 26-da Türkiyənin Livanın paytaxtı Beyrutdakı Səfirliyi önündə bir qrup təxribatçı erməni nümayiş keçirib. Onlar Türkiyə bayrağını və Prezidentinin şəkillərini yandırıblar.