• 29 Mart 2024
logo
İran səfirliyi: Günahsız insanlara hücum etmək hərbi cinayətidir

İran səfirliyi: Günahsız insanlara hücum etmək hərbi cinayətidir

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumunu, nəticədə onlarca mülki vətəndaşın həlak olması və yaralanmasını sərt şəkildə pisləyib.

Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsindən bildirilib.

İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir: "Beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır".