• 4 Dekabr 2020
logo
Hərbi attaşelər sabah Bərdəyə gedəcək

Hərbi attaşelər sabah Bərdəyə gedəcək

“Mən hərbi attaşeləri Bərdəyə dəvət etmək istərdim”.

Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, hərbi attaşelərlə birlikdə sabah həmin ərazilərə baxmaq istəyir: “Təbii ki, onların da təhlükəsizliyini təmin etmək lazımdır. Bu cür hallarda da biz Ermənistan silahlı qüvvələrinin hücumlar etməsini görürük”.