• 29 Mart 2024
logo
Hikmət Hacıyev: “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri davam edir”

Hikmət Hacıyev: “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri davam edir”

“Bu dəqiqələrdə Bərdə şəhərinə “Smerç” raket sistemindən raket zərbələri endirilib”.

Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, artıq ölənlər və yaralananlar barədə ilkin məlumatlar var: “Ermənistanın bu terroru, Azərbaycan xalqına qarşı müharibə cinayətləri hələ də davam etməkdədir”.