• 28 Mart 2024
logo
Hikmət Hacıyev: “Azərbaycan cəsədləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bildirsə də, Ermənistan cavab verməyib”

Hikmət Hacıyev: “Azərbaycan cəsədləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bildirsə də, Ermənistan cavab verməyib”

“Azərbaycan birtərəfli qaydada erməni əsgər və zabitlərin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, Ermənistan cavab verməyib”.

Bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan birtərəfli qaydada Tovuz və Gürcüstan ərazisi vasitəsi ilə cəsədlərin Ermənistana verilməsinə hazır olduğunu bildirib: “Eyni zamanda ahıl yaşda olan 2 şəxsin də birtərəfli qaydada qaytarılmasına hazır olduğumuzu bəyan etmişik. Ancaq Ermənistan hələ cavab verməyib”.