• 19 Mart 2024
logo
Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb

Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb.

Ermənistan Prezidenti Armen Sarkisyan Vahinak Sarkisyanın Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilməsi barədə bu gün fərman imzalayıb.

A. Sarkisyanın digər fərmanı ilə Arman Maralçyan Ermənistan MTX Sərhəd Qoşunlarının komandanı təyin olunub.