• 4 Dekabr 2020
logo
Ermənistan ordusunun Daşkəsəni atəşə tutması nəticəsində meşə yanğını baş verib

Ermənistan ordusunun Daşkəsəni atəşə tutması nəticəsində meşə yanğını baş verib

Humanitar atəşkəsi açıq şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın Daşkəsən rayonunu atəşə tutub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, nəticədə meşə yanğını baş verib.

H. Hacıyevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürmək və Ermənistanın törətdiyi ekoloji terroru minimuma endirmək üçün ərazidə fəaliyyət göstərirlər.

“Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.