• 4 Dekabr 2020
logo
Azərbaycan Prezidenti: “Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz”

Azərbaycan Prezidenti: “Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz”

“Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün”.

Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.

Prezident deyib ki, vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz: “İndi dörd rayon bizdədir. O məsələ artıq qurtardı getdi, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlını özümüz götürmüşük. Bu rayonların böyük hissəsi bizdədir, keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi. Ona görə fikirləşsinlər”.