• 25 Aprel 2024
logo
Azərbaycan Prezidenti Zəngilan, Cəbrayıl və Qubadlının dünən işğaldan azad edilmiş kəndlərinin adını açıqlayıb

Azərbaycan Prezidenti Zəngilan, Cəbrayıl və Qubadlının dünən işğaldan azad edilmiş kəndlərinin adını açıqlayıb

Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adları açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını bu gün xalqa müraciətində açıqlayıb.

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.