• 25 Aprel 2024
logo
Mixail Zabelin: “Bizim bayrağımız tezliklə Şuşada dalğalanacaq”

Mixail Zabelin: “Bizim bayrağımız tezliklə Şuşada dalğalanacaq”

“Dmitri Solnsevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

Bunu Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin
işğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimində bildirib.

M. Zabelin deyib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu torpaqların azad edilməsi uğrunda canlarından keçməyə hazırdırlar: “Bizim bayrağımız tezliklə Şuşada dalğalanacaq. Mən şəhidimizin ailəsinə də başsağlığı verir, onlara səbr diləyirəm".