• 20 Aprel 2024
logo
Naqif Həmzəyev: Erməni terrorundan zərər çəkən Gəncə sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə edilib

Naqif Həmzəyev: Erməni terrorundan zərər çəkən Gəncə sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə edilib

İşğalçı Ermənistan hakimiyyətinin Azərbaycanın müxtəlif şəhər və rayonlarındakı yaşayış məntəqələrini, xüsusi ilə də cəbhə bölgəsindən uzaqda yerləşən ölkənin ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutması nəticəsində çoxsaylı mülki şəxs, o cümlədən azyaşlı uşaqlar həlak oldu, insanlar müxtəlif dərəcəli bədən xəsarətləri aldı, evləri yerlə yeksan edildi.

Bunu Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili onu da qeyd edib ki, hadisə baş verən andan erməni vandalızminin qurbanı olan Gəncə sakinləri hər bir vətəndaşının yanında olan dövlətimizin diqqqət və qayğısı ilə əhatə edildilər. Dövlətimiz tərəfindən onlara bütün lazımi köməkliklər göstərilir, problemləri ilə maraqlanılır. Zərərçəkmişlərə kirayədə qalmaları və gündəlik qayğılarını qarşılamaq üçün maddi yardımlar edilir, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, tarixən milli dəyərlərə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı zərərçəkmiş insanların yanında olur, onlara maddi və mənəvi dəstək göstərirlər.