• 1 Dekabr 2020
logo
“Gürcüstan-Azərbaycan əlaqələri əsrlərə dayanan dostluq və qardaşlıq əsasında qurulub”

“Gürcüstan-Azərbaycan əlaqələri əsrlərə dayanan dostluq və qardaşlıq əsasında qurulub”

Zaur Darğallı: “İki ölkə xarasında eyni zamanda strateji əməkdaşlıq mövcuddur”

“Gürcüstan-Azərbaycan əlaqələri əsrlərə dayanan dostluq və qardaşlıq dəyərləri əsasında qurulub. İki ölkə xalqları arasında möhkəm dostluq münasibətlərindən başqa eyni zamanda strateji əməkdaşlıq mövcuddur”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Marneulinin sabiq meri, parlament seçkilərində hakim partiyanin namizədi Zaur Darğallı deyib. O, bildirib ki, ölkələr arasındakı əməkdaşlıq hər sahədə yüksək səviyyədə davam etməkdədir: “İstər mədəniyyət, elm və təhsil eyni zamanda iqtisadi münasibətlərə dayanan əməkdaşlıq bizim iplərimizi daha da sarsılmaz edir. Azərbaycan prezidentinin çıxışı zamanı vurğuladığı məqamlardan biri bizim əlaqələrimizin əsrlər boyu dərin köklərə dayanan əməkdaşlıq və dostluq münasibətləri ilə bağlı idi. İki tərəfli münasibətlər tarixi iqtisadi layihələrlə daha sıx bağlandı. Əsrin enerji və iqtisadi müqavilələri bunun əyani sübütudur. Gürcüstan dövləti hər zaman bu əlaqələrin inkişafı istiqamətində ciddi addımlar ataraq öz səylərini göstərməkdədir. Mən də, Gürcüstan parlamentinə üzv seçildiyim zaman maksimum çalışacağam ki, iki ölkə arasındakı bu münasibətlərin yeni inkişaf mərhələsinə töhfəmi verim. Bizim münasibətlər bir çox ölkələr üçün bir nümunədir. Azərbaycan hər zaman Gürcüstanın sadiq və dost ölkəsi olub. Bizim mövqeyimiz də hər zaman dəyişməz olaraq qalmaqdadır, dost ölkə olan Azərbaycanın yanındayıq. Bu fakt dəyişməz və sarsılmazdır”.

Əli