• 1 Dekabr 2020
logo
Ceyhun Bayramov bu gün Vaşinqtonda Mayk Pompeo ilə görüşəcək

Ceyhun Bayramov bu gün Vaşinqtonda Mayk Pompeo ilə görüşəcək

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

APA ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, görüş ABŞ vaxtilə səhər 09:30-da olacaq. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

Daha sonra isə Pompeo Mantsakanyanla görüşəcək.