• 27 Aprel 2024
logo
“Göstərdiyiniz səylərin uğurla nəticələnməsini arzulayıram”

“Göstərdiyiniz səylərin uğurla nəticələnməsini arzulayıram”

BAXCP sədri Birinci vitse-prezidenti ad günü münasibətilə təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:
“Hörmətli Mehriban xanım,
Sizi ad gününüz münasibətilə təbrik edir, Azərbaycanın daha sivil və mədəni ölkə olmasının qarşısında böyük əngələ çevrilmiş maneələrin dəf edilməsi istiqamətində göstərdiyiniz səylərin uğurla nəticələnməsini arzulayır, Sizə və ailə üzvlərinizə möhkəm can sağlığı və xoşbəxtlik diləyirəm”.